BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NARKOTİK SATANLAR SAXLANILDILAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusarda narkotik satanlar saxlanıldı.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 60 qram çəkidə qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı R.Vəlibəyov narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini və bir müddət öncə narkotik vasitənin bir hissəsini 200 manata satdığını bildirib.

RPŞ-nin keçirdiyi digər bir əməliyyat –axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman saxlanılıb. Belə ki, həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26