BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Baş nazirdən işsizlərlə bağlı QƏRAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Baş nazir Novruz Məmmədov sosial təminatlarla bağlı Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik və əlavələr edib.

İstixeber.info xəbər verir ki, dəyişikliklər “Məşğulluq haqqında” qanunun tətbiqi barədə prezidentin 2018-ci il 24 avqust tarixli fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə olunub.

– “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.5.1-ci yarımbəndində “müvəqqəti ictimai” sözləri “haqqı ödənilən ictimai” sözləri ilə əvəz edilib.

– 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda aşağıdakı dəyişikliklər edilib:

1. 11-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşları” sözü “şəxsləri” sözü ilə əvəz edilsin;

2. 18-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin.

– “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilib:

1. 1.2-ci bənddə “işsizin” sözü “işsiz şəxsin” sözləri ilə əvəz edilsin;

3.2. 4.3-cü bənddə “təsdiq” sözü “təqdim” sözü ilə, “verilir” sözü “qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür” sözləri ilə əvəz edilsin.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26