BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Heydər Əliyev adına AAHM-da elmi konfrans keçirilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.

İstixeber.info xəbər verir ki, konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meylli kursantların aşkar edilməsi, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştrakının təmin edilməsi olub.
Konfransda Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Beş bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 75 kursant məruzə ilə çıxış edib.
Konfransın yekununda iştrakçılara sertifikatlar təqdim olunub.

 

 

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26