BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtoritetin oğlu – “Atamın sağ olması xəbəri yalandır”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir neçə gün öncə Rusiyanın “Sobesednik.ru” saytında 2012-ci ildə Moskvada avtomobilində qətlə yetirilən “Danabaş” ləqəbli azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılovun (Əliyevin) Çexiyanın paytaxtında peyda olduğuna dair məlumat yayılıb.

Məlumatda bildirilirdi ki, 2015-ci ildə Çexiyada “Mega Color” adlı firma qeydiyyatdan keçib, bu firmanın həmtəsisçilərindən biri isə İlqar Cəbrayılov adlı şəxsdir. Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı… Araşdırma nəticəsində doğum tarixi və Moskva adresi də mərhumunku ilə üst-üstə düşüb.

İstixeber.info xəbər verir ki, İ.Cəbrayılovun oğlu İbrahim Əliyev qafqazinfo-nun redaksiyasına gələrək bildirib ki, atasının yaşadığı yönündə çıxan xəbərlər əsassızdır.

O, atasını 2012-ci ildə ailə üzvləri ilə birlikdə Yasamal qəbiristanlığında dəfn etdiklərini söyləyib: “Bu xəbəri eşidəndə həm güldüm, həm də sevindim. Bəzən olur axı, yeraltı dünyanın ölü bildiyimiz adamları sağ çıxır. Lakin bu atamla bağlı məsələyə aid deyil. Biz 3 qardaşıq, mən ən kiçiyiyəm. Atamın dəfnində, meyitinin yuyulmasında qardaşlarımla birgə iştirak etmişəm. Bu informasiyalar, sadəcə, təxribat xarakteri daşıyır. Biz istəyirik atamızın ruhu şad olsun”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26