BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu hadisə Türkiyə-ABŞ ittifaqına son qoyacaq – Ankaraya SİQNAL


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“S-400” Rusiya zenit-raket kompleksi Türkiyə-Amerika ittifaqına son qoya bilər.

İstixeber.info publika.az-a istinadla xəbər verir ki, bu haqda “War On The Rocks” nəşri yazıb.

“S-400” zenit-raket kompleksləri yeni reallığı əks etdirir. Birləşmiş Ştatlarda “S-400”-ləri təhdid olaraq görür. Hazırda türk pilotlarının uçmaq üçün təlim keçdiyi “F-35” təyyarələri Türkiyəyə heç vaxt çatdırılmaya bilər. Vaşinqtonda ehtiyat edirlər ki, güclü “S-400”-lərin malik olduğu hərəkət radiusu Rusiyaya ABŞ və NATO qırıcısı haqqında məlumatları toplamağa və istifadə etməyə imkan verəcək. Buna görə də Birləşmiş Ştatlar Türkiyəyə “F-35″ ixracının bloklanması imkanına baxır”, – nəşr qeyd edib.

Nəşr yazdığına görə, beləliklə, Türkiyə siqnal alacaq ki, Rusiyayla dostluğa görə ona qərb müdafiə texnikasını etibar etmək olmaz.

Qeyd edək ki, “S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 “S-400” divizionu çatdırılacaq.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, “S-400”-lərin alınması qabaqcıl texnologiyaların və “F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın “F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta “Patriot” sistemlərin alınması halında belə, “S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.

Bu günlərdə Türkiyənin müdafiə naziri Hulisi Akar bildirib ki, Türkiyədə “S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton “Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26