BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Bozbash pictures”in Şöşüsü mənimsənilən pullardan danışdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Dövlətin filmlərə ayırdığı vəsaitin bizə aidiyyatı yoxdur. Biz kommersiya filmi çəkirik. Özümüz qazanıb, özümüz xərcləyirik”.

İstixeber.info xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında “Bozbash pictures” komandasının Şöşüsü Ramil Babayev deyib. Aktyor dövlət tərəfindən filmlərə dəstək üçün ayrılan vəsaitin mənimsənilməsi probleminə toxunub:

“Biz dövlət filmi çəkmirik. Nə vaxtsa, dövlət bizə qonorar ayırsa, biz onu qəpiyinə qədər filmlərə xərcləyəcəyik. Özümüzə “İnfiniti” də almayacağıq”.

Aktyor məşhur komandanın yeni təqdim etdiyi “Bombaltı” filmindən də danışıb: “Filmin ilk təqdimat günü gələn qonaqların deyimindən belə başa düşdük ki, “Bombaltı” 99 faiz bəyənilib. Bu sevindirici haldır. Filmi izləyən hər kəsə təşəkkür edirəm. Filmlər izlənilməlidir ki, davamı da gəlsin, yeni filmlərin çəkilməsinə şərait yaransın”.

“ “Bozbaş Pictures”in hər filmində bir aktrisa seçilir və o ekran işindən sonra məşhurlaşır. Pərvin Abıyeva, Ülfət Bəşir buna nümunədir. Onların populyarlıq qazanmasına səbəb filmlərin uğurlu olmasıdır, yoxsa düzgün aktrisa seçimidir” sualına isə Babayevin cavabı belə olub:

“ Bozbaş Pictures” 6 oğlandan ibarətdir, onlara ancaq xanım rəng qata bilər. Ona görə də hər dəfə bir aktrisadan xahiş edirik ki, gəlib, filmlərimizdə çəkilsin. Ülfət özü parlaq ulduz idi, sadəcə o ulduzu təqdim etmək lazımıydı. Başqa yaxşı filmdə çəkilsəydi, yenə “ulduz” olacaqdı. Biz sadəcə vəsilə olduq”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26