BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Kainat gözəli” 20 yaşında öldü – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2017-ci ildə “Kainat gözəli” seçilən Lotte van de Zee vəfat edib.

İstixeber.info-nun məlumatına görə, Almaniyada dünyasını dəyişən model 20 yaşında infarktdan dünyasını dəyişib. Avstriyada istirahətdə olan qızın qəfil halı pisləşib. Həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

“Bizim mirvarimiz aramızdan ayrılıb. Sevimli Lottemiz artıq bizimlə deyil. Ürəyimiz paramparçadır” deyə, valideynləri İnstaqramda yazıblar.

Valideynləri modelin sonuncu çəkilən şəklini də yayımlayıblar. Foto dağda xizək sürən zaman lentə alınıb.

Yerli qəzetlərdən birinə müsahibə verən valideynlər “Lotte ölümündən bir gün əvvəl dostları ilə partidə olub. Xoş təəssüratla da gecədən ayrılıb. Səhhətiylə bağlı şikayəti də olmayıb” deyə, açıqlamada deyiblər.

Modelin cəsədi daha sonra Almaniyaya xəstəxanaya gətirilib. Həkimlər onun ürək çatışmazlığından dünyasını dəyişdiyini təsdiqləyiblər. /axşam.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26