BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağalarovlar yenidən ABŞ məhkəməsinə müraciət etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarov ABŞ-ın Demokratlar partiyasının Milli komitəsinin təqdim etdiyi dəqiqləşdirilmiş iddianın rədd edilməsi ilə bağlı Birləşmiş Ştatların federal məhkəməsində vəsatət qaldırıb.

Dəqiqləşdirilmiş iddiada Ağalarovlar ABŞ prezident seçkiləri dövründə partiyaya aid kompüter sistemlərinə müdaxilə və elektron məlumatların talan edilməsi məqsədi güdən əlbirlikdə iştirak etməkdə ittiham olunurlar.

İstixeber.info xəbər verir ki, bu haqda Rusiyanın hüquq və məhkəmə informasiya agentliyi (RAPSİ) məlumat yayıb.

Ağalarovlarla yanaşı analoji tələblə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, Trampın müşavirləri olmuş Rocer Stoun, Corc Papadopulos, həmçinin WikiLeaks portalı və Trampın seçki qərargahı məhkəməyə müraciət edib.

ABŞ-ın Demokratlar partiyası 2018-ci ilin aprel ayında Nyu-Yorkun Cənub dairəsinin federal məhkəməsində “seçkilər prosesinə müdaxilə” ilə bağlı iddia qaldırıb. Həmin ilin oktyabr ayında isə dəqiqləşmiş iddia irəli sürüb.

Ağalarovlar bundan əvvəl dekabr ayında məhkəmədə vəsatət qaldıraraq, iddiaya baxılmamasını tələb etmişdi.

Onların ərizəsinə əsasən, ABŞ-ın “Korrupsiyaya qurşanmış və mütəşəkkil cinayətkar qruplaşmaların təsiri altında olan təşkilatlar” (RİKO) haqda qanununun müəyyən tələbləri yerinə yetirilməyib.

Ağalarovlar xüsusi olaraq qeyd ediblər ki, Demokratlar partiyasının milli komitəsində onların fəaliyyəti ilə “seçkilərə müdaxilə ilə bağlı əlbirlik” arasında əlaqənin olduğuna dair hər hansı sübut yoxdur. Həmçinin onların bu “əlbirlik haqda” məlumatlı olduğu və ya ona hər hansı şəkildə cəlb olunduğuna dair arqumentin göstərilmədiyi deyilir.

Ağalarovlar əmin edir ki, irəli sürülən ittiham yalnız onların Rusiyada yaşaması faktına və Donald Tramp və onun seçki qərargahının nümayəndələri ilə olan təmaslarına əsaslanır.

Söhbət 2016-cı ilin iyun ayında “Tramp tauer” göydələnində keçirilən görüşdən, həmçinin 2016-cı il noyabr seçkilərindən sonra Emin Ağalarovun, Donald Trampın oğlu ilə yaxın münasibətdə olmasından gedir. Ancaq Ağalarovların ərizəsinə əsasən, iddiaçı tərəf qeyd olunan münasibətlərlə iddia olunan haker hücumu və ya RİKO-nun qadağan etdiyi fəaliyyət arasında hər hansı əlaqəni göstərə bilməyib.

Həmçinin iddiaçılar Ağalarovların fəaliyyətinin ABŞ demokratlar partiyasına hər hansı şəkildə xələl gətirdiyinə dair heç bir fakt təqdim etməyib.

Bu ilin yanvar ayında Demokratlar partiyasının milli komitəsi iddia ərizəsinə düzəlişlər etdiyindən, Araz və Emin Ağalarov və digər cavabdeh tərəflər məhkəməyə yeni vəsatətlə müraciət edib.

Qeyd olunur ki, Ağalarovlara qarşı ikinci, yenilənmiş ərizədə ümumilikdə doqquz iddia irəli sürülür (onlardan yeddisi birinci ərizədə də var idi).

İddaçılar həmçinin əmin edir ki, Ağalarovlar 2013-cü ildə “Miss Kainat” müsaqbiqəsinin keçirilməsi ilə bağlı Trampla Moskvada görüşüb. Görüşdə onların Rusiya paytaxtında müəyyən tikinti layihələrini müzakirə etdiyi iddia olunur. Yeni iki müddəda, 2016-cı ilin noyabr ayında Ağalarovlar və Tramp arasında “sıx əlaqələr”in olduğu və seçkilərin yekunlaşmasından sonra jurnalist Rob Qoldstounun Trampın rusiyalı vəkil Natalya Viselnitskaya ilə görüşünün təşkili məsələsi ilə məşğul olduğu qeyd olunur./oxu.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26