BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Nə üçün Rusiya ilə yaxınlaşdıq?..” – Ərdoğandan şok açıqlamalar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Biz Suriyaya terroristləri qovmaq üçün girdik. Afrin əməliyyatında da məqsəd bu idi, İdlibə doğru atdığımız addımların da hədəfi budur”.

İstixeber.info teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanalların birinə müsahibəsində deyib.

Türk lider sözünə belə davam edib: “Rusiya ilə əməkdaşlığımız, ABŞ-la müzakirələrimiz də terror qruplarının məhvi ilə bağlıdır. ABŞ-ın bu mövzuda zaman-zaman yol verdiyi bir səhv var. Kürdləri vurmayın söyləyirlər. Mən bu barədə Donald Trampa açıq dedim: Hörmətli prezident, biz kürdlərlə müharibə aparmırıq, biz terrorla mübarizədəyik. Onların arasında fransız, alman, ingilis də ola bilər…”

Rusiyadan S-400 raketlərinin alınması məsələsinə toxunan Rəcəb Tayyib Ərdoğan bu işin bitdiyini deyib: “Kredit şərtləri danışıldı, ortaq istehsal məsələsinə qədər müzakirə olundu, razılaşdıq, imzalar atıldı, bitdi. Geriyə qayıdış qətiyyən mümkün deyil. Bu, əxlaqsızlıq olar”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26