BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BU BİLGİLƏR HAMI ÜÇÜN GƏRƏKLİDİR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Yevlax şəhər 1 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında tədbir keçirilib.

Tədbirdə çıxış edən Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilən şəxslərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan danışan E. Mehdiyev bu sahədə aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verib.

Sonra çıxış edənlər erkən nikahın fəsadları barəsində gənclərə tövsiyələr veriblər. Əvvəllər belə hallara daha çox rast gəldiklərini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildiriblər.

Dini radikalizmdən söz açan qonaqlar dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat veriblər. Bildiriblər ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26