BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DƏYİRMANA GƏLMİŞDİLƏR, OĞURLUĞA…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cari ilin mart ayında bir qrup Ağcabədi rayon Qaravəlli kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Qalib Quliyev, Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26