BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bıçaqla xəsarət yetirən şəxs saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, martın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26