BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazda dəhşət: Ata-bala evdə yandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Atasının əlindən evə od düşdüyünü görən uşaq tez babasıgilə qaçıb, amma…

Xaçmazda ata ilə oğlunun ölümü ilə nəticələnən yanğının səbəbi bəlli olub.

İstixeber.info İstiPress-in Şimal bürosuna istinad edərək xəbər verir ki, Yalamada yanğın baş verən birotaqlı evdə odun sobası olub.

Əldə etdiyimiz məlumata görə, 35 yaşlı Əjdər Qədirov həyat yoldaşından boşanıb və 2 oğlu ilə atasıgilin yaşadığı həyətdə yarımtikilidə məskunlaşıb. Ev sahibi Əjdər Qədirov hadisə zamanı içkili olub və əlindəki siqaretdən yatağa od düşüb. Bunu hadisə zamanı orada olan ailənin 7 yaşlı oğlu Saleh görüb. Uşaq  qaçaraq həyətdəki evdə yaşayan babasıgilə xəbər verib. Lakin Əjdər ilə 6 yaşlı Taleyin həyatını xilas etmək mümkün olmayıb.

7 yaşlı uşaq bunu hüquq-mühafizə orqanlarına da bildirib.

Ölümlərin tam baş vermə səbəbi ekspertizaların rəyindən sonra məlum olacaq. Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırma başlanıb.

Qeyd edək ki,Yalama kəndində gecə baş verən yanğın 35 yaşlı ata Əjdərin və 6 yaşlı oğlu Talehin həyatına son qoyub

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26