BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sərhəddən cinsiyyət orqanında narkotik keçirən Xəyalənin azadlıq xəyalı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəzasının 5 ilini çəkdiyi üçün azadlığa çıxmaq istəyən qadın məhkəməyə müraciət edib.

İstixeber.info ölkə.az-a istinadən bildirir ki, İrandan Azərbaycana cinsiyyət orqanında külli miqdarda narkotik vasitə gətirdiyinə görə azadlıqdan məhrum edilən, 33 yaşlı Xəyalə Hüseyn qızı Hüseynova məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Xətai rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Xəyalə Hüseynovanın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov baxıb və 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü İslam Səmədov 2014-cü ilin fevral ayının əvvəlində İran İslam Respublikasında yaşayan, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslərlə və tanışı, 1984-cü il təvəllüdlü Əli Ağayevlə İrandan Azərbyacana külli miqdarda narkotik vasitə gətirmək barədə sövdələşiblər.

İslam Səmədov daha sonra tanışı, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovan pul müqabilində narkotik vasitəni gizlətməklə Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli keçirməyə razılaşdırıb.

O, aralarındakı razılaşmaya əsasən 12 fevral 2014-cü il tarixdə Əli Ağayevə 1500 ABŞ dolları verib. Ona, Xəyalə Hüseynova ilə birlikdə 13 fevral 2014-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərinə gedib, orada qrupun digər üzvündən həmin məbləğdə pul müqabilində külli miqdarda heroin narkotik vasitəsini əldə edərək, ölkəmizə gətirmələri barədə göstəriş verib. Onun göstərişinə əsasən, Əli Ağayev Xəyalə Hüseynova ilə birgə 13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan İran İslam Respublikasının Biləsuvar şəhərinə keçib. Onlar İranda şəxsiyyəti müəyyənləşdirilməmiş qrup üzvünə qeyd olunan məbləğdə pulu verib, əvəzində 181,105 qram çəkidə heroin narkotik vasitəsini alıb.

Əli Ağayev 1 sellofan bükümündə narkotik vasitəni Xəyalə Hüseynovanın cinsiyyət orqanına yerləşdirib və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daşıyaraq həmin gün saat 17:00 radələrində Əli Ağayevin müşayiəti ilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Səmədov 8 il 11 ay 28 gün, Əli Ağayev 8 il 6 ay, Xəyalə Hüseynova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26