BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUSARDA NARKOTİK TACİRLƏRİ SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

NARKOTİK TACİRLƏRİ SAXLANILDI

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən üç şəxs saxlanılıb. Araşdırmalarla onların şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş Şirvanlı və Quxur-oba kənd sakinləri Xaliddin Səfibəyov və Rövşən Sədullayev olduqları müəyyən edilib.
Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkar olunub.

Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, illərdir narkotik satışı ilə məşğul olduqlarının bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26