BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Antibiotikdən sonra ölən uşağa görə cinayət işi açıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şabranda 8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

İstixeber.info İstiPress-in Şimal bürosunun məlumatına istinadən xəbər verir ki, Gülnur Elnur qızı  Dadaşovanın ölüm faktı ilə bağlı Şabran rayon prokurorluğunda açılan cinayət işi CM-nin 124 (ehtiyatsızlıqdan  adam öldürmə) maddəsilə başlayıb.

Xatırladaq ki, məktəbli qız ona vurulan iynədən sonra komaya düşərək ölüb. Dadaşovlar ailəsi 8 yaşlı məktəblinin ölümünün birbaşa həkimin səhvi olduğunu, uşaq həkiminin uşağa antibiotiki prob qoymadan vurduğunu bildirirlər.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Aslan Usubovun  sözlərinə görə, Şabran şəhərində yaşayan Dadaşovlar ailəsi bazar günü gecə saatlarında uşaqda yüksək hərarət və sudurqa olduğundan İradə adlı həkimin evinə aparıblar.

Həkim ona ilk yardım edəndən, iynə vurandan sonra Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova Şabran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normallaşmadığından fevralın 25-də Ə.Qarayev adına Respublika Uşaq xəstəxanasına aparılıb və Bakıda keçinib.

İstixeber.info
loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26