BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İnsanın qəzəbli halda söyüş söyməsi günahdırmı?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İnsanın qəzəbli halda, başqasının eşitmədiyi tərzdə söyüş söyməsi günahdırmı?

Söyüş söymək müsəlman əxlaqına yaraşan hərəkət deyil. Müqəddəslərimiz heç bir halda, heç bir bəhanə ilə söyüş söyməmiş, nalayiq söz danışmamışlar. Söyüş dilin elə bəlalarına aiddir ki, vərdişə çevrilir və insanın xasiyyətinə hopur. Bütün günah əməllər ağırlıq dərəcəsinə görə fərqlənir. Təbiidir ki, ictimai xarakterli günahlar daha ağırdır. Cəmiyyət içində söyüş söymək, insanları narahat etmək böyük günahdır.

İstixeber.info islam.az-a istinadən bildirir ki, amma heç kimin eşitmədiyi tərzdə söyüş söymək də günah sayılır. Çünki əvvəla, günah əməli heç kim görməsə də, Allah görür. İkincisi, yuxarıda deyildiyi kimi, söyüş insanda vərdişə çevrilir. Bir şəxs hətta heç kimin eşitmədiyi yerdə astadan söyüş söysə də, öz əxlaqına ziyan vurmuş olur. Çünki dili söyüşə öyrəndikdən sonra bunu ardıcıl olaraq təkrar edəcək və hətta cəmiyyət içində də söyüş söyməkdən çəkinməyəcək.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26