BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sahil Babayev sosial müavinətlərin artımla veriləcəyi vaxtı açıqladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.

İstixeber.info-nun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.

Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.

Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.

“2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq.

Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.

Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.

S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq.

Doqquz min vətəndaşın ailəsində  beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.

“Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, – deyə nazir bildirib.

Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.

“Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq  gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.\Oxu.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26