BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SİYƏZƏNDƏ QANLI HADİSƏNİN QURBANLARI ANILDI – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Siyəzən Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

İstixeber.info xəbər verir ki, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov dünyada ən qanlı hadisələrdən olan və xalqımızın qan yaddaşına həkk olunan Xocalı hadisəsindən bəhs edib. Polis rəisi bildirib ki, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək, azərbaycanlılara qarşı soyqırım aktını törədiblər. Bu vəhşiliklər nəticəsində günahsız dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, ahıl qocalar və körpələr silahlılar tərəfindən işgəncələrə məruz qalıblar. V.Vəlimətov onu da qeyd edib ki, baş vermiş Xocalı faciəsinin, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biridir.
Daha sonra çıxış edən rəis müavinləri, polis polkovnik leytenantı Arzu Rzayev və polis mayoru Qoşqar Kazımov, eləcə də Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev Xocalı haqqında həqiqətin dünyaya yayılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildiriblər. Məruzəçilər Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını, soyqırımın insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyiblər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26