BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Berndə Xocalı faciəsinin ildönümü ilə əlaqədar aksiya keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

İstixeber.info xəbər verir ki, bu barədə ölkəmizin İsveçrədəki səfirliyindən Milli.Az-a verilən məlumat verilib. Məlumata görə, İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzi “Kornhausplatz” meydanında Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən kütləvi aksiya təşkil olunub.

İlk öncə aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anıblar.

Aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi şüarlar həkk olunmuş transparantlar nümayiş etdirilib. Meydanda qurulmuş sərgidə Xocalı faciəsinə aid şəkillər, uşaqlar tərəfindən “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbuat orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib.

Aksiya çərçivəsində, həmçinin qərb ölkələrində kədər rəmzi olan yüzlərlə sarı gül, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu bröşürlərlə birgə yerli əhali və şəhərin qonaqları arasında paylanıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26