BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cavan yaşda ərini itirmiş qadın hisslərini necə qarşılamalıdır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ərini itirmiş dul qadın ona evlilik təklif edən başqa bir kişiyə ərə gedə bilər, həmçinin xoşu gələn kişiyə özü evlilik təklif edə bilər və ya ona xəbər göndərə bilər. Ailə qurmaq üçün şəriətə müvafiq qaydada kəbin kəsilməlidir. Burada qadının vəlisinin (atası, qardaşı və s.) razılığı, iki etibarlı şahidin olması və qadına mehr verilməsi vacib şərtlərdəndir.

İstixeber.info zikr.az-a istinadən bildirir ki, evli olmadığı müddətdə şəhvəti cilovlamağın yolu oruc tutmaq və gözü haramdan çəkməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir”. (Səhih əl-Buxari, 5066). Həmçinin gözü haramdan çəkmək, ibadət, dua, zikri artırmaq, haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq, zinanın zərərləri haqqında düşünmək, şeytandan Allaha sığınmaq, möminlərlə dostluq etmək s. səbəblərdən istifadə edərək, səbr edib mükafatını Allahdan diləmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir”. (əl-Buxari, 1469, 6470; Muslim, 1053). Bütün bunlarla yanaşı Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin, və duanızda davamlı olun.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26