BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda gəncdən iyrənc ƏMƏL – Əmisinin…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Abşeronda öz əmisinin evindən oğurluq edən şəxs saxlanılıb. Həmin gəncin narkotik maddə aludəçisi olduğu bildirilir.

İstixeber.info xezerxeber.az-a istinadən bildirir ki, gənc oğlan, öz əmisinin evindən oğurluq edib. Hadisə Abşeronda,Novxanı kəndində baş verib.

Rayon Polis idarəsinə Novxanı kəndində bir mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə baxış keçirilib və əməliyyat istintaq tədbirlərinə başlanılıb.

Çox keçmədən baş vermiş hadisənin üstü açılıb. Polis əməkşarı öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu hadisəninarkotik maddə aludəçisi olduğu üçün törətdiyinietiraf edib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə satdığını bildirib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26