BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayonunda 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax rayonunda 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.

İstixeber.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına xüsusi fikir verilib. Bu dövrdə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran qəsəbəsi-Yevlax Bərdə yolunadək olan hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu, Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü, 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Rayonun 12 kəndində meliorasiya işləri aparılıb. 2 nömrəli körpələr evi-uşaq bağçası, elektron kitabxana, şəhər yaradıcılıq mərkəzinin binası, Mədəniyyət Mərkəzinin və 12 yaşayış binasının dam örtüyü əsaslı təmir olunub. Yevlax şəhərinin Füzuli və Pişəvəri küçələrində abadlıq və əsaslı təmir işləri aparılıb. Hazırda Kür çayı sahilində beşulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, data internet mərkəzinin tikintisi davam etdirilir. Aran qəsəbəsindəki mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri aparılır.

Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, 2018-ci ildə rayonda 6570,6 hektarda buğda, 5082 hektarda arpa, 2900 hektarda təzə yonca, 9 hektarda kələm, 8 hektarda baş soğan 80 hektarda sarımsaq becərilib. 2500 hektar pambıq tarlasından 5296,4 ton məhsul yığılıb. Baramaçılığın inkişafı məqsədilə 35 min ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən 11 ton barama tədarük olunub. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə 408 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib, 6 kilometr asma novlu beton kanallarda əsaslı təmir işləri görülüb, Əcəmi kəndi ərazisində 300 metr açıq suvarma arxı beton arxla əvəzlənib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq pambıq, taxıl istehsalının artırılması və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi üçün Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 4000 hektar sahədə Yevlax “Aqropark” MMC yaradılıb. Aqroparkın ərazisinə Yuxarı Qarabağ kanalından 14 kilometr yeni su xəttinin çəkilməsi, müasir pivot suvarma sistemlərinin quraşdırılması və 3000 başlıq cins mal-qara kompleksinin tikintisi üçün layihə işləri aparılıb. Hazırda sahələrdə torpaq işləri görülür, ərazinin sel sularından qorunması üçün torpaq bəndləri, kanallar çəkilir. Aqroparkda müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.
Sonra məruzə ətrafında çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov və Milli Məclisin deputatı İlham Məmmədov yığıncaqda çıxış edərək, 2018-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar. Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

İstixeber.info Yevlax 2019-cu il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26