BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tərxunun bilmədiyiniz faydaları


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dadı ilə digər göyərtilərdən fərqlənən tərxun faydası ilə də adından söz etdirir.

İstixeber.info Axşam.az-a istinadən tərxunun bilmədiyiniz faydaları haqda məlumat verir:

1. Həzm prosesini yaxşılaşdırır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O, mədənin fəaliyyətini gücləndirir.

2. Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.

3. Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.

4. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.

5. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.

6. İştahasında problem olanlar, özlərində zəiflik hiss edənlər tərxundan istifadə etməklə bu xoşagəlməz vəziyyətdən qurtula bilərlər.

7. Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyinin aradan qaldırır. Həmçinin zehni yorğunluğu da götürür.

8. Oynaqlarda, xüsusilə diz qapağında ağrıları aradan götürməlkə yanaşı, tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

9. Tərxun bitkisi potensiyanın gücləndirilməsi üçün də faydalıdır.

10. Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26