BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tibb bacısının əməyi atamın sağalmasına böyük təkan verdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki, bu gün redaksıyamıza belə bir maraqlı məktub daxil olub.

Ümumi mövzuya baxanda aydın olur ki, Elçin adında bir vətəndaşın atası çox çətin bir xəstəliyə tutulur. Övladı atası Rzanı Bakıdakı Akademik Mirqasimov adına Resbublika Klinik xəstəxananın reanimasıya şöbəsinə yerləşdirir. Burda çalışan həkimlərin əməyi öz yerində, amma xəstəxananın baş tibb bacısı Əliyeva Səbirə Tofiq qızı xəstəyə elə xidmət göstərir ki, xəstənin övladları bu yaxşılığı heç cürə izah edə bilmirlər.

Elçin deyir ki, Səbirə xanımın atama, bizə verdiyi öyüd-nəsihət, xoş ünsiyyəti, iynə dərmanları vaxtı-vaxtında etməsi atamın bir azda tez sağalmasına yardımçı oldu. Düzdü bu həkimlərin, tibb bacılarının vəzifə borcudur. Amma bu cür xidməti heç vaxt ağlıma gətirə bilməzdim. Mən bir Azərbaycan vətəndaşı kimi tibb bacısı Səbirə xanımın bu yaxşılıqlarına biganə qala bilməzdim. Fəxr edirəm ki, belə həkim və tibb bacılarımız var. Atamın sağalmasında bizə yardımçı olan xəstəxananın bütün həkim kollektivinə dərin təşəkkürümü bildirirəm. Allah sizləri qorusun.

Bu xoş məlumatımı saytınızda dərc etməyinizi xahiş edirəm.Sizə və  saytınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Elçin Nöhbalayev Bakı

İstixeber.info Təşəkkür Müraciəti 14.02.2019

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26