BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Politoloq Əli Quliyev: Cəbhə bölgəsində olan rayonlarımızın inkişafı düşmənə sarsıdıcı təsir bağışlayır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəbhə bölgəsində olan rayonlarımızın inkişafı düşmənə sarsıdıcı təsir bağışlayır.

Politoloq Əli Quliyev

İstixeber.info xəbər verir ki, bu fikirləri Politoloq, YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev bildirib.

Ölkə başçısı möhtərəm cənab Prezident İlham Əliyevin bu günlərdə cəbhə bölgəsində yerləşən Beyləqan rayonuna səfəri zamanı açılışını etdiyi mühümmü əhəmiyyətə malik mərkəzlər düşmənlə üz-üzə dayanan bir rayonun inkişafının göstəricisidir. Bundan əvvəl cənab Prezidentin Ağdam və Tərtər rayonlarına səfəri zamanı açılışını etdiyi ölkə əhəmiyyətli mərkəzlər və 2017-ci ildə hərbiçilərimizin böyük şücaəti nəticəsində düşməndən azad olunmuş Cocuq Mərcanlı kəndinin yenindən qurulması bir daha onu göstərir ki, Azərbaycanın hətta cəbhə bölgələrində yerləşən rayonlarının belə inkişafı Ermənistanın paytaxtı İrəvandan qat-qat yüksəkdədir. Ölkə Başçımızın düşünlmüş, planlı daxili və xarici siyasətinin uğurlarınn kölgəsində qalan Ermənistan hakimiyyəti artıq erməni xalqına cavab verə bilmir. Müharibə şəraitində olan, mənəvi və maaddi təcavüzə məruz qalmış ölkəmizin bu cür inkişafı düşmənə olduqca sarsıdıcı təsir bağışlayır. Bu gün özünün tənəzül dövrünü yaşayan ermənistan hakimiyyəti sərişdəsiz, siyasətdə olduqca naşı olan Nikol Paşinyanın idarəetməsi nəticəsində uçrumun bir addımlığındadır. Dünya siyasi arenasında özünə yer tapa bilməyən Paşinyan gah Apropanın, xüsən fransa maraqlarını təmsil edərək, gah da Amerikanın əlində alətə çevrilib. Həqiqətdir ki, seçimdə yanıldıqlarını görən ermənilər ölkədə etiraz dalğasını səngitmir. Rusya kimi tərəfdaşını demək olarki itirən mövcüd vəziyyətdə Azərbaycanla müqaisə olanumayacaq qədər alt səviyyələrdə dayanan Ermənistan hökuməti böyük təşviş içərisindədir. Artıq nəinki beynəlxalq qrumlar, erməni vətəndaşları özləri belə etiraf edirlər ki, bu çətinlikdən yeganə çixiş yolu işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Ermənistanın sosial-iqtisadi inkişafı yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra baş tuta bilər. Bu gün düşmən dölətin çevrəsində yaradılmış bu cür iqtisadi, siyasi blakada Azərbaycan hökumətinin və onun Prezidenti İlham Əliyev cənablarının dayanıqlı siyasətinin bariz nümunəsidir. Biz inanırıq ki, görülən işlər, aparılan davamlı danışıqlar 2019-cu ildə Qarabağ məsələsinin həllində öz müsbət nəticəsini verəcəkdir. Əks təqdirdə səfalət içərisində yaşayan erməni ordusu qüdrətli Aəzərbaycan ordusunun Aprel döyüşləri ilə təkrarən qarşılaşmalı olacaq. Hazırki vəziyyətdə isə daxili sabitliyi əldə edə bilməyən Ermənistan üçün müharibə heç də arzuolunan deyil. Belə olduğu tədqirdə bütün gedişatlar tezliklə məsələnin sülh yolu ilə həll olunacağından xəbər verir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26