BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qarsız keçən havalardan yaranan xəstəliklər. Qrip virusları ilə mübarizə aparan körpələr. Şimal rayonlarında son bir ay ərzində xəstəxanalara müayinəyə qəbul edilən uşaqların sayı. Ölkənin baş pediatrından önəmli açıqlamalar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info olaraq belə bir araşdırma mövzu işləmək qərarına gəldik. Şimal rayonlarında son bir ayda xəstəxanalara neçə uşaq xəstəliklərlə bağlı müraciət edib?

Bildiyimiz kimi, artıq o ev yoxdur ki, uşaqları soyuqdəymə, qrip, qızılca, suçiçəyi kimi xəstəliklərlə bağlı həkimə müraciət etməsin. Havaların da qarsız, soyuq keçməsi belə xəstəliklərin bir az da baş qaldırmasına şərait yaradır. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, bir çox xəstəxanalarda uşaq xəstəliklərinə görə növbələr belə yaranır. Gecə saatlarında isə bu xəstəliklərdən əziyyət çəkən uşaqların valideynləri həkimlərə daha çox müraciət edirlər.

Bəs bu xəstəliklərin bu aylarda daha çox yayılmasına əsl səbəb nədir?

Uşaqları həkimlər ən çox hansı xəstəliklə qəbul edir?

Qusar rayonunda fəaliyyət göstərən özəl klinikanın Pediatrı Şəfiyyulla Ağalarov deyir ki, keçən il ilə müqayisədə bu il uşaqların xəstələnməsi halları çoxalıb. Səbəb kimi isə, uşaqların körpə vaxtlarında peyvənd olunmamasıdır. Nəzərə alsaq ki, havaların qeyri-sabit keçməsi, qar və donmaların az olması bu kimi xəstəliklərin tez bir zamanda yayılmasına səbəb olur. Bu aylarda ən çox yayılan xəstəliklər tənəffüs yolu, bronxların soyuqdəyməsi və s. kimi xəstəlikləri misal göstərmək olar.

Şimal rayonlarında son bir ayda neçə uşaq xəstəliklə bağlı xəstəxanalara müraciət edib?

Bu məsələni araşdırmağa çalışdıq. Qeyd edək ki, bizə daxil olan bu məlumatlar Rayon Mərkəzi Xəstəxanalarının baş həkimlərinin göstərişi ilə bizə təqdim olunub.

1.Xaçmaz RMX-na son bir ay ərzində 2920-uşaq müayinə ilə bağlı müraciət edib. Onlardan 309-da xəstəlik müəyyən edilib. 15 nəfər uşaq isə qızılca xəstəsi olduğu müəyyən edilib.

2.Şabran RMX-na isə 220-uşaq xəstəliklə qəbul edilib. Bu xəstəliklər siyahısına kəskin respretor, appendisit, bronxit, ürək qüsuru, Helmintoz, qastrit, leykoz və s. aid etmək olar

3.Xudat ŞMX-na bir ay ərzində 970-uşaq xəstəliklərlə bağlı müraciət edib. 250-uşaq da müəyyən xəstəliklər aşkarlanıb. Bunlardan 19-u bronxit, qalanları isə qrip viruslu mənşəli xəstəliklərdir.

4.Qusar RMX-na yanvar ayı ərzində ümumi ambulator qəbul-856, kəskin respirator virus infeksiyası-205, kəskin respirator xəstəlik-58, cəmi stasionara qəbul-35, o cümlədən kəskin respirator xəstəlik-11, bronxpnevmoniya-7, obstruktiv bronxit-3, Pielonefrit-1

5.Siyəzən RMX-na ümumilikdə 1783-uşaq xəstəliklərlə bağlı müraciət edib. Bunlardan 450-si yuxarı tənəffüs yollarının soyuqdəyməsi, 150-uşaq Bronxlarla bağlı, 16-uşaq alergeya, 2-uşaq su çiçəyi və s. aid etmək olar.

6.Xızı RMX-na son bir ay ərzində 35 -uşaq soyuqdəymə, tənəffüs yollarının xəstəlikləri ilə qəbul edilib və lazimi müəyinələr aparılıb uşaqların valideyinlərinə müəyyən məsləhətlər verilib.

7.Sonda rayon olaraq Quba RMX-sı ilə əlaqə saxladıq. Əmir adlı həkim redaksiyamıza bildirdi ki, biz sizə belə məlumatı verə bilmərik. Siz bu məlumatı almaq üçün bizə ərizə ilə müraciət etməlisiz. Biz də İstixəbər.info olaraq Quba RMX-nın həkimlərinə şərəfli işlərində uğurlar arzu edirik.Sizə nöqsansız iş günləri arzu edirik!!!

Şimal rayonlarından olan araşdırmanı başa çatdırıb Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin mütəxəssisi Səfayə Əhmədova

ilə əlaqə saxladıq. Səfayə xanım uşaqların qripin müxtəlif mutasiya olunmuş formalarına yoluxmaları hallarının mövcudluğunu təsdiq edir.

“Bəli, belə hallar mövsümlə əlaqədar olaraq mövcuddur. Ancaq bu halın epidemiya xarakteri daşıdığını söyləmək olmaz. Azərbaycanda yerləşən səhiyyə müəssisələri mövsümi infeksion xəstəliklərə qarşı mübarizə aparmaq üçün müvafiq dərman vasitələri ilə təmin edilib”, – deyə Səfayə Əhmədova bildirdi.

Səfayə xanım suallarımıza daha dolğun cavab almaq üçün Respublikanın Baş Pediatrı Nəsib Quliyevlə əlaqə saxlamağı məsləhət bildi və bizi Nəsib həkimə yönləndirdi. İlk öncə bu mövzunun araşdırılmasında bizə köməklik etdiyinə görə Səfayə xanıma dərin təşəkkürümüzü bildiririk.

Ölkənin Baş Pediatrı Nəsib müəllim İstixeber.info-ya açıqlamasında bildirdi ki, ümumiyyətlə ilin bu fəsili soyuq aylar olduğu üçün belə xəstəliklərin yayılması mümkündür. Məhz buna görə də soyuqdəymə adlı xəstəliyin adı elə burdan götürülüb.Amma şükürlər olsun ki, ölkə ərazisində hər hansı fəsadları böyük olan xəstəliklərə, viruslara rast gəlinməyib. Xəstəliklərin uşaqlar arasında belə tez yayılması əlbəttə ki, bir çox məqamlara bağlıdır. İlk səbəblərdən biri uşaqların baxçalarda, məktəblərdə, univerisitetlərdə bir-biriləri ilə sıx təmasda olmalarıdır. Digər bir məsələ isə uşaqların səhər yeməklərini yeməmələri, geyim qaydalarının düzgün seçilməməsi, soyuq havalarda geyimlərin nazik olması və s. kimi faktları demək olar. Uşaqların yay aylarında düzgün günəş vannaları qəbul etməməsi və yaxud da qum, dəniz kənarlarına getməmələri,təbiətlə təmasda az olmaları bu xəstəliklərin qış aylarında bir az da intensiv xarakter almasına səbəb olur. Yenə deyirəm, şükürlər olsun ki, Rusiyada , Gürcüstanda, Türkiyədə və s. kimi ölkələrdə olan H1N1 virusu bizim ölkədə aşkar olunmayıb. Ümumiyyətlə uşaqlarda yarana biləcək virusların, xəstəliklərin qarşısını vaxtında almaq üçün uşaqları körpə yaşlarında peyvənd etmək lazımdır. Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır. Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır.Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.Uşaqlarınızı sağlam böyütmək istəyirsinizsə, onları ana bətnində olanda mənəvi və dünyaya gələndən sonra isə peyvəndləri etmək, qışda xəstələnməmək üçün isə yay aylarında hazırlıq görmək lazımdır. Uşaqlarınız xəstələnən zaman qəhvə və çay kimi isti içkilər burun və boğaz axıntısını qurutduğundan, bunun yerinə bitki çaylarından istifadə daha faydalıdır.

Bütün xəstə uşaqlara ölkənin baş pediatrı olaraq şəfa arzulayıram.

Bizdə valideynlərə gələcəyimiz olan uşaqları qorumağı onlara lazımı qayğını göstərməyi arzulayırıq. Şəfalı əlləri olan həkimlərə isə Allahdan uzun ömür diləyirik.

Mövzunu araşdırmaqda bizə köməklik edən, informasiya verən Şimal rayonlarının baş həkimlərinə dərin təşəkkürümüzü bildiririk. Allah sizləri qorusun əziz həkimlər.

İstixeber.info İnformasıya Portalı Bakı, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Xudat 11.02.2019
 Rəşad Orucoğlu 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26