BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Maaş artımı bahalaşmaya səbəb olacaq? NAZİR AYDINLIQ GƏTİRDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə minimum əməkhaqqının artırılmasının gələcək inflyasiya səviyyəsinə necə təsir edəcəyinə münasibət bildirib.

İstixeber.info-un məlumatına görə, S. Babayev REAL TV-yə müsahibəsində qeyd edib ki, ölkəni inflyasiya dalğası gözləmir: “Bizim hesablamalarımıza görə, bu ilin dövlət büdcəsindən 335 milyon manat minimum əməkhaqqının artırılması istiqaməti üzrə yönəldiləcək. Gələn il isə bu rəqəm 400 milyon manat olacaq.

Hökumətin müvafiq qurumları ilə müzakirədə bu fikir hakim oldu ki, maaş artımının inflyasiyaya ciddi təsiri gözlənilmir. Biz idarə edilən inflyasiya ilə davam edəcəyik. Bu, vətəndaşlarımızın rifahına, Ümumi Daxili Məhsulun artımına təsir edəcək.

Özəl sektorda da 150 milyon manatlıq artım olacaqsa, bu da fikrimizcə 500 milyon manat ÜDM-in artımına gətirib çıxaracaq. Bundan əlavə, əməkhaqlarının özəl sektorda leqallaşmasına da ciddi təsir edəcək”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26