BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Ona deyilən sözlər itə deyilsəydi, qudurardı” — Nüşabə Ələsgərli


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında olan qalmaqal daha da böyüyüb.

İstixeber.info axşam.az-a istinadən xəbər verir ki, Ələsgərlinin Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı “Pəncü şeş” mahnısını tənqid etməsi Afəti əsəbiləşdirib. Tədbirlərin birində ifaçılar arasında mübahisə düşüb. Orada verdiyi sərt cavabdan sonra ürəyi soyumayan Afət İnstaqramında Nüşabənin Maykl Ceksonun mahnısını oxuyub rəqs edən videosunu yayaraq sərt sözlər yazıb:

“Mənə deyirsən get dombalaq aş, səninki də buna bənzəyən bir şeydir. Mən hind oxudum, bəyənmədin. Sən də Hollivud oxudun, Amerika mədəniyyətinə zərbə vurdun, mən sənin işinə qarışmadım. Qiyməti xalq versin. Bax bu nə hərəkət idi anlamadım. Səviyyə budur? Şpaqat fason hərəkət deyəndə bunu nəzərdə tuturdum”.

Afət daha sonra Nüşabənin evsiz olduğunu, kirəyədə yaşadığını vurğulayıb.

N.Ələsgərlinin də cavabı qarşı tərəfə gecikməyib. İfaçı Fərmanqızını məhkəməyə verməklə hədələsə də, sonra fikrindən daşınıb:

“Savad və səviyyə başqadır. Həmin Nüşabəyəm ki, tədbirdə sonra məndən üzr istədin. Dəliyə iş düşmür deyə, məhkəməyə vermədim. Faktları isə gözləyirəm. Kirayədə qalırammış.

O, mənim Amerika layihəmdən olan videodur, gizlətmirəm, “Youtube”da da var. Füzuli qəzəli oxunmayıb, “Tərəkəmə” də oynanmayıb. Ona deyilən sözlər itə deyilsəydi, qudurardı”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26