BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezidentdən nümunə götürün – Rəşid Mahmudovdan çağırış


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bütün məmurlar İlham Əliyev kimi olmalıdır. Bir müddət əvvəl şəhid ailələri haqqında Prezident sərəncam versə də, bu sahədə bəzi xoşagəlməz hallar müşahidə edildi. Amma Prezident və xanımı təşəbbüsü dərhal ələ aldı, şəhid ailələri ilə görüşdü, onların problemlərini dinlədi.

İstixeber.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış ictimai xadim Rəşid Mahmudov deyib. O, Prezidentin şəhid ailələrinə jestlərinin diqqətlə izləndiyini xatırladıb:

“Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud Masər Fuad oğlu Həsənova özü yaxınlaşaraq, ona mükafatı şəxsən təqdim etdi. Yaxud şəhid anasının ayağa qalxmasına izn vermədi, özü onun yanına getdi və bir daha şəhidlərin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi.

Ötən gün isə ölkə başçısı zəlzələ nəticəsində zərərçəkənlərə baş çəkərkən orada olan yaşlı qadının əyilib əlini öpdü. Bunlar Prezidentin dəyərlərimizi necə yüksək tutduğunun göstəricisidir. Bu, həm də Prezidentimizin məmurlara sözlə dediyinin əyani nümunələridir. Bəzi məmurlarımız təəssüf ki, hələ nəticə çıxarmayıb”.

R.Mahmudov hamını Prezidentdən nümunə götürməyə çağırıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26