BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda “Peugeot” avtomobillərinin istehsalı başlayıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Neftçala Sənaye Məhəlləsinin bazasında “Khazar” markası altında “Peugeot” avtomobillərinin istehsalı başlayıb.

İstixeber.info xəbər verir ki, bunu Trend-ə “Azərmaş” şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.

Şirkət rəsmisinin sözlərinə görə, hazırda müəssisənin istehsalat gücü ilə bir neçə “Peugeot” avtomobili istehsal olunub:

“Avtomobillər avtomatik transmissiya ilə təchiz edilib. Onlar ay ərzində sınaqdan keçiriləcək, seriya istehsalı isə mart ayından başlayacaq. Avtomobilin komplekt hissələri İrandan tədarük olunur. İlk mərhələdə avtomobillər daxili bazarda satılacaq, perspektivdə isə region ölkələrinə ixrac planlaşdırılır”.

G.Namidar əlavə edib ki, mühərrikin həcmindən asılı olaraq “Peugeot Khazar” avtomobilinin qiyməti 19,5 min manatdan 21 min manatadək dəyişəcək.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26