BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabranda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar “Azərbaycan Əsgərinin Qəhrəmanlıq Rəmzi” adlı tədbir keçirilmişdir – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix.Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

İstixəbər.info-un Şimal bürosunun verdiyi xəbərə görə, bu gün Şabran Tarix Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən, Vətən uğrunda vuruşan, Vətən naminə canından keçməyi bacaran, torpağı vətənləşdirən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar “Azərbaycan Əsgərinin Qəhrəmanlıq Rəmzi” adlı tədbir keçirilmişdir.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin müavini, mayor M.Camalov, Qarabağ döyüşlərinin iştirakçısı, ehtiyatda olan kapitan, yaralanmış zabit B.Bəhramov, Azərbaycan Qarabağ Müharibə Veteranları Şurasının İctimai Birliyinin sədri N.Cümşüdov, şəhid atası S.Qasımov, Veteran polis mayor M.Zəkiyev, veteran Z.Ağasıyev, İstixəbər İnformasiya portalının xüsusi müxbiri E.Hüseynov, Şabran şəhər 5 saylı orta məktəbin Roman Yusifov adına texniki fənnlər üzrə 2 saylı orta məktəb liseyin, Sincanboyat kənd orta məktəbinin müəllim və şagird kollektivi, ağsaqqallar evinin əməkdaşı M.Hüseynova və ictimaiyyət iştirak edirdi.

Vətənpərvərlik və rəngarəng mövzular ilə davam edən tədbir Sincanboyat kənd orta məktəbinin kompozisiyası ilə davam etdi. Tədbir videoçarxa baxış və xatirə şəkilləri çəkdirməklə sona çatdı.

İstixəbər.info Şabran 2019-cu il

Xüsusi müxbir: Etibar Hüseynov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26