BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputat: Prezident İlham Əliyev gənclərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə fəal olmağa çağırdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin konseptual əsaslarına toxunaraq bu siyasəti milli inkişafımızı təmin edən mühüm istiqamət kim səciyyələndirdi.

İstixəbər.info xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat 1994-cü ildə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etməklə onların ictimai, siyasi, mədəni və iqtisadi həyatımızın bütün sahələrində bugünkü vacib yerini və rolunu müəyyən etdiyini bildirərək hazırda da gənclər siyasətinin daima diqqət mərkəzində olduğunu vurğulayıb:

“Əslində çıxışda səsləndirilən fikirlər Azərbaycan gəncliyinin ötən illər ərzində keçdiyi inkişaf yolunun qısa xülasəsi olmaqla həm də gənclərinin ümummilli tərəqqi yolunda nə qədər mühüm yol qət etmələrinin göstəricisi idi. Prezident İlham Əliyev bir daha dövlət müstəqilliyimizə diqqət çəkərək bunun necə böyük sərvət olduğunu bildirdi, iqtisadi və siyasi müstəqilliyi bir-birini tamamlayan iki mühüm faktor kimi izah edərək gənclərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə fəal olmağa çağırdı. Dövlət başçısı tarixi müqayisəli üsula söykənərək bildirdi ki, “əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”. Düşünürəm ki, bu fikirlər Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməli, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir”.

H.Babaoğlu qeyd edib ki, bu gün müasir Azərbaycanın idman, mədəniyyət, musiqi, sosial həyat, elm və təhsil sahələrində əldə etdiyi bütün qələbələrin əsasında məhz Azərbaycan gəncliyinin nailiyyətlərinin dayandığını bildirən Prezident İlham Əliyev hərbi sahədə də əldə etdiyimiz qələbələrin qazanılmasını məhz Azərbaycan gəncliyinin fədakarlığı ilə izah etdi və bildirdi ki, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik:

“Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”, – deyən dövlət başçısının bu fikirləri Azərbaycan gəncliyinin əslində nələrə qadir olmasının bir sübutu olmaqla həm də onların gələcəkdə ərazi bütövlüyümüzün təminatçıları olduğunun göstəricisidir. Buna görə də gənclərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev onların bütün problemlərinin həllinin daima dövlətin diqqətində olacağına işarə etdi. Ümumilikdə bu görüş həm də gənclərin bundan sonrakı fəaliyyətlərinin cazibə mərkəzində milli maraqlarımızın müəyyənləşməsi baxımından ciddi siyasi və ideoloji təşviq hadisəsi kimi yadda qaldı ki, bu da ölkəmizin gələcəkdə də davamlı inkişafının təmin olunması baxımından olduqca əhəmiyyətlidir”.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26