BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cinsi həyata mənfi təsir edən — QİDALARIN SİYAHISI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əgər cinsi həyatınız normal deyil və problem olduğunu düşünürsünüzsə, yediyiniz qidalara diqqət edin.

 İstixəbər.info cinsi həyata mənfi təsir edən qidaların siyahısını təqdim edir.

Qazlı içkilər

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Aparılan araşdırmalar zamanı məlum olub ki, qazlı içkilər depresiyaya səbəb olur. Depresiya isə ehtirasın ən böyük düşmənlərindən biridir.

Süni şirinləşdiricilər

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Süni şirinləşdiricilər xoşbəxtlik hormonu sayılan serotoninin ifrazının qarşısını alır. Tərkibində süni şirinləşdirici olan qidalar isə ehtirasa mənfi təsir edir.

Konservləşdirilmiş şorbalar

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Tərkibində qoruyucu maddələr bol miqdarda olan konservləşdirilmiş şorbalar yüksək qan təzyiqinə səbəb olur. Bədənin digər üzvləri kimi cinsi orqanlara da qan axışı azalır və bu səbəbdən ereksiyada problemlər ortaya çıxır.

Qəhvə

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Müntəzəm olaraq qəhvə içmək böyrəküstü vəzlərin fəaliyyətinə mənfi təsir edir. Bu isə cinsi əlaqə hormonları da daxil olmaqla bəzi hormanların kifayət qədər ifraz olunmaması ilə nəticələnir.

Natri Qlutamat

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Paketlənmiş qidalarda olan natri qlutamat qidalara ləzzət vermək məqsədi ilə əlavə edilir. Amma baş ağrısından tutmuş depresiya və ehtirasın azalmasına qədər bir çox ziyanı var.

Kartof çipsisi

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Kartofdan çipsi hazırlayanda əsasən ucuz və keyfiyyətsiz yağlardan istifadə edilir. Bu isə orqanizmdə ehtirası azaltmaq da daxil olmaqla bir çox problemə səbəb olur. Hormonlara və cinsi əlaqə hormonlarının yaranmasına mənfi təsir etdiyi də bilinir.

Pendir

Cinsel Hayatınızı Olumsuz Etkileyen Yiyecekler

Bir çox pendir antibiotiklə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddən artıq çox qəbul etmək hormonların pozulmasına səbəb olur. Bu hormon pozulması isə cinsi əlaqə hormonlarına da təsir edir. Bundan başqa cinsi fəaliyyətə də mənfi təsir edir. Aldığınız pendirin antibiotiklə müalicə olunmayan inəklərin südündən istehsal edildiyindən əmin olun./Ölkə.Az

 İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26