BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUBA SAKİNİNİN ÜZƏRİNDƏN MARİXUANA ÇIXDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Vaqif Əhmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı bir ədəd sellofan torbada təmiz çəkisi 160 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı V.Əhmədov narkotik vasitəni çay kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktlarla bağlı araşdırmalar aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26