BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabranda 02 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

01.02.2019-cu il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində 02 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

İstixəbər.info-un Şimal bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Mərkəzin direktoru T.Əliyev açaraq bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edilir. Azərbaycanın hər bir bölgəsində dövlət gənclər siyasəti uğurla icra olunur. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Şabran rayonunda da gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi istiqamətində müxtəlif işlər görülür. Daha sonra Mərkəzin direktoru çıxış üçün sözü tədbir iştirakçılarına vermişdir.Çıxış edənlər arasına Şabran rayon İcra hakimiyyətini məsləhətçisi D.Məmmədov, Cücələrim uşaq baxçasının direktoru Qönçə Əmrullazadə, UGİŞM məşqçisi Y.Quliyev, Qarabağ döyüşlərinin iştirakçısı, ehtiyatda olan kapitan, yaralanmış zabit B.Bəhramov bildirmişlər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Şabran Rayon Gənci olaraq İstixəbər.info İnformasiya Portalının xüsusi müxbiri Etibar Hüseynov çıxış edərək, bu günün gəncləri sabahın liderləridir. Gənclərimizə sağlam, təhsilli və uzaq görən olmalarını arzu etdi.

Sonda T.Əliyev gəncləri bu münasibətlə təbrik etmiş və daha böyük nailiyyətlər arzulamışdır. Tədbir bitdikdən sonra Ümumilli Liderin büstü qarşısında xatirə şəkli çəkdirilmişdir.

İstixəbər.info Şabran 2019-cu il

Xüsusi müxbir: Etibar Hüseynov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26