BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəhid ailələrinə müraciət edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.

İstixəbər.info-un məlumatına görə, müraciətdə deyilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

“Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və sığorta ödənişini ala bilərsiniz”, – deyə müraciətdə qeyd olunub.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26