BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Facebook” istifadəçilərinə şad xəbər: bu şəxslərə hər ay pul ödəniləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Facebook” şirkəti 13-35 yaş aralığındakı istifadəçilərinə ayda 20 dollar ödəniş edir.

İstixəbər.info publika.az-a istinadən xəbər verir ki, şirkət bunun qarşılığında “Facebook Araşdırma Tətbiqi”ni qurmaları və bütün növ şəxsi bilgilərindən istifadə etmək şərtini qoyur.

Bu xüsusiyyət “Facebook”a sərhədsiz şəkildə istifadəçilərin məlumatlarını əldə etməyə icazə verir.

Bu bilginin ictimaiyyətdə yayılmasından sonra “Facebook” araşdırmanı “Apple” məhsullarında dayandırıb. “TechCrunch” texnoloji xəbərlər və analizlər portalının son araşdırmasına görə, sosial platformanın bu siyasəti “Apple” şirkətinin gizlilik siyasətini pozur.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu tətbiqin gizli şəkildə deyil, aşkar formada aparıldığı və istifadəçilərdən icazə alındığı bildirilib.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26