BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin yeni görüşü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Müddət və digər məsələləri razılaşdırmaq lazımdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.

İstixəbər.info İstiPressə istinad edərək xəbər verir ki, bu barədə “RİA Novosti” Ermənistan xarici işlər naziri  Zöhrab Mnatsakanyana istinadən bildirib.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik”, – deyə Z.Mnatsakanyan jurnalistlərin Münhen Təhlükəsizlik Konfransı zamanı Qarabağ münaqişəsi ilə bağlı görüşünün mümkünlüyü barədə sualına cavab olaraq bildirib.

Eyni zamanda o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.

“İrəliyə doğru addım atdığımız aydın məsələdir, müddət və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk”, – Z.Mnatsaknayan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğu bildirilib.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26