BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xəstə ilə seksdən danışmaq daha rahatdır, nəinki… – Məşhur həkimdən İNANILMAZ SÖZLƏR – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son illər psixoterapevtlərə olan tələbat artıb. Kimin artıq pulu varsa, problemlərini, həyat yolundakı düyünləri bu sahənin mütəxəssislərinin qəbuluna getməklə çözməyə çalışır. Bəs gəlin görək, psixoterapiya, psixoanalitika haqqında nələr bilirik. Həqiqətənmi onlar bizim mənəvi dünyamızın günəşini par-par parıldadırlar.

İstixəbər.info bildirir ki, publika.az-ın müsahibi Finlandiyanın məşhur psixoanalitiki Lyavas Kovarskis çoxumuzu düşündürən sualları cavablandırdı.

– Doktor, psixoanalitik peşəsini necə xarakterizə edək?

– Heç düşünmüsünüz ki, ruhu, mənəviyyatı ağıryan insanlarla çalışan prixoterapevtlərin müəllimi kimlərdir? Təbii ki, psixoanalitiklər. Çox vaxt psixoterapevtləri ali zümrənin rahibləri adlandırıram. Çünki onlar da söhbət vasitəsilə qarşılarındakı insana kömək etməyə çalışırlar. Yeni ümidlər, rahatlıq bəxş edirlər. Dərdli insan da tənhalıqdan qurtulur, içindəki acının kökünü tapır. Belə deyim, psixoterapevtlər insanı cəmiyyətə bağlayan çox güclü tellərdir. İstənilən rahib, yaxud digər dini xadimləri də bu işlə məşğuldur, elə deyil?

– Doğrudur.

– Elə ən primitiv misal: ata-babalarınızın ruhu canınıza girib sizə rahatlıq vermir. Bədəninizdəki cini qovmaq üçün şamandan yardım istəyəcəksiniz. Ən böyük günahınızı kilsədə rahib dinləyib, qəlbinizi körpə kimi məsum olanadək təmizləyəcək. Psixoterapevt də buna bənzər missiyanı daşıyır. Siz onun qəbulundan çıxıb dərin nəfəs alırsınız. Bu böyük planetdə tək olmadığınızı anlayırsınız.

– Belə çıxır ki, psixoterapevtin qəbuluna düşmək üçün xərclədiyimiz pullara qənaət edərək din xadimlərinin də yanına gedə bilərik?

– Baxın, burada incə məqam var. Psixoterapevt xüsusi etik normanın müəllifidir. O, insanın ali məhkəməsini öz içində tapması üçün çalışır. Öz hərəkətlərinə obyektiv qiymət verib daxili harmoniyanın mənbəyinin yalnız özü olduğunu öyrədir. Ətrafdakılara qarşı obyektiv mövqedə durmağı aşılayır. Yəni nə valideynlər, nə tanrı, lap elə qanun məhkəməsi belə, içinizdəki hakimdən daha qüdrətli deyil.

– Belə çıxır ki, psixoterapiya ən ədalətli dindir? Yaxud insan duyğularının dinidir?

– Psixologiya sözündəki “loqos” elm deməkdir. Bu elm qədim Yunanıstanda yaradılıb. Mənəviyyat haqda elm deməkdir. Hissləri, emosiyaları öyrənib. Məsələn, insan həyəcanlananda əlləri niyə tərləyir, ürəyi daha sürətlə döyünməyə başlayır və s. Lakin illər ötdükcə psixologiya psixiatriyanın bir qoluna çevrilib. Yəni kimyəvi preparatlarla paralel müalicə növü sayılmağa başlayıb. Lakin müəyyən müddət sonra psixologiya psixoterapiya adlı övladını dünyaya gətirdi və yenidən insanların ruhunu sözlə, ünsiyyətlə sağaltmağa başladı. Bu baxımdan fikrinizlə razılaşa bilərəm.

– Bəzən bizə yol göstərmək istəyən insanların fikrini dinləməkdən qaçırıq. Bu nə dərəcədə doğru mövqedir?

– Düşünürəm ki, tam sağlam mövqedir. İnsan öz qərarlarını düşünüb vermək istəyirsə, burada pis nə ola bilər ki?! Amma inanmaq istərdim ki, həmin şəxs düşüncələrinin onun həyatını idarə etdiyinin də fərqindədir. Bunu dərk etmək xoşbəxtliyi isə hər kəsə nəsib olmur. Yalnız bu məqamda psixoterapevtə müraciət etmək olar. Sadaladıqlarımın fərqində olanlar isə ruhlarını kömək olmadan sağaltmaq iqtidarındadırlar. Çünki heç bir mütəxəssis sizin duyğularınızı özünüzdən yaxşı anlaya bilməz.

– Doktor, hərdən mənə elə gəlir ki, özüm də daxil olmaqla ətrafımda psixi sağlam insan yoxdur… (gülürük)

– Razıyam. Psixiatrlar hərdən zarafatla deyirlər ki, sağlam insan tam müayinə edilməmiş xəstədir. Burada böyük həqiqət var. Elə bir psixiatrik simptom yoxdur ki, həyatımızda heç olmasa bir dəfə dadmamış olaq. Yuxu görəndə psixoz halı yaşayırıq. Bu psixoloji xəstəliklər arasında ən ağırıdır. Lakin yuxu anında baş verdiyi üçün normal sayılır. Amma oyaq ikən yuxu görmək qorxulu məqamdır. Hətta asqırarkən epileptik özündən getməyə bənzər titrəməmizi idarə edə bilmirik. Yaxud yuxuda sayıqlama və digər simptomların da adlarını çəkib siyahını uzada bilərik. İndi siz deyin “sağlam” insan bu halları yaşamır?

– Təbii ki, yaşayır.

– Hər şey bu simptomların mütəmadiliyindən və davamiyyətindən asılıdır. Bəzi insanlar peşəkar müdaxiləsi olmadan da rahat yaşayırlar. Bir qismi isə özündə o gücü tapa bilmir. Sizə bir hadisə danışacam. Yaşı 40-ı keçmiş bir qadın 22 il idi ki, psixoanalitikin qəbuluna gedirdi. Şəxsi həyatında, sevgi münasibətlərində böyük problemləri var idi. Bu illər ərzində psixoloji müalicəsinə 4 milyondan çox pul xərcləmişdi. Amma psixoanalitik bu müddət ərzində qadının daxili dünyasına baş vurmaq, təlatümləri tam anlamaq istəyirdi. Bu durumda nə mütəxəssisi, nə də xəstəni günahlandıra bilmərik. Amma qadının dərdinə əlac olmadan pullarını rahatca alıb cibinə qoyan psixoanalitikin qüsurları var. Axı, bu ən azı etik normalara ziddir.

– Təbii ki, insan özü özünə də yardım etməlidir. Yoxsa heç bir psixoloji dəstək fayda verməz. Amma düşünmürsünüz ki, bu durumda başqa mütəxəssisə müraciət etmək lazım idi?

– Əlbəttə. Həmin analitikin tutaq ki, öz övladı bu duruma düşsəydi, belə rahat davrana bilməzdi. Ya mütəxəssisi, yaxud da müalicə üsulunu dəyişməyi tələb edərdi. Ancaq insan özü hadisənin iştirakçısı olanda, vəziyyət başqa cür olur. Ümumiyyətlə, düşünürəm ki, pul indi o qədər intim mövzuya çevrilib ki, pasientlə seksdən danışmaq daha rahatdır. Hətta bu sahədə çalışan insan kimi mən də qərar verməkdə çətinlik çəkirəm. Dinləmək zövqünə nail olduğu üçün peşəkar pasientə pul ödəməlidir, yoxsa ruhu dincəlib öz məcrasına düşdüyünə görə pasient mütəxəssisə?! Amma istənilən halda sizi anlayan doğru yol tapmaqda yardım edən insanla ünsiyyətdə olmağın zövqünə görə ödəniş etmək zəruridir.

– Mübahisəli mövzudur. Çünki bədəndən fərqli olaraq ruh maşın mexanizmi ilə çalışmır.

– Nə demək istədiyinizi anladım. Tutaq ki, cərrah əməliyyat edir, xəstə ayağa qalxıb gəzməyə başlayır, Amma duyğularımızı tam təmir etmək heç vaxt mümkün olmayacaq. Ruhunu dirçəltmək istəyib-istəmədiyinə pasientlə həkim birgə qərar verirlər. Əsas odur, qarşınızdakı insana ümdsizlik içərisində güc tapmağa, daxili məhkəməsini qurub həm cani, həm şahid, həm də qurban qismində iştiraka sövq etməyə nail olasınız. İntim məsələlərdəki qaranlıq yollardan birgə çıxa biləsiniz. Onlara ən çətin olan şeyi, vicdanlı düşünməyi öyrədəsiniz. Amma bu əməliyyatı da zərgər dəqiqliyi ilə, ehtiyyatla həyata keçirmək lazımdır. Təsəvvür edin ki, xəstəyə deyirsiniz, sənin psixoloji problemlərin var. Elə pis haldasan ki, ətrafında heç kim sənə yardım edə bilmir. Ona görə mənim yanıma gəlmisən. Sən mənə pul ödəyəcəksən, mən də səni sağaldacam. Bunu eşidən kəs bir daha qapınızdan içər addımını atmaz.

– Psixoterapiyanı mifologiya adlandıra bilərik? Yəni bir növ düşüncələrimizi hipnoz edərək özümüzü bir müddət xoş hiss etdirən vasitə…

– Əslində, tanrıya inam da buna bənzər sistem deyilmi? Düşünürəm ki, lap 500, yaxud 1000 il öncə cənnəti, cəhənnəmi, müqəddəs kultları təsdiqləyən sistem olmasaydı, heç kim bu varlıqlara inanmazdı. Məhz bu əlavə təsir sayəsində müqəddəs sözlərin təsirinə inanmışıq, cəhənnəm əzabından qorxmuşuq. Düşüncələrimizi yönləndirən bu təsir qüvvəsi olmasaydı, Allaha inam da olmazdı. Həmçinin psixoanaliz sistemi də belə qurulub. Psixoloji sarsıntı keçirən insanlara daş-kəsəksiz yol göstərməyi, özünü tapmağı önə çəkən ünsiyyət sistemi yaranmasaydı, bu elm də var olmazdı. Düşünürəm ki, ondan gələn fayda dinə nisbətən qat-qat çoxdur.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26