BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mitinqə gedənlərin sayı əhalinin 1 faizini belə əhatə etmir” – Deputat


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan demokratik dövlətdir və bu dövlətdə siyasi münasibətlər seçkilərdə müəyyən edilməlidir. Seçkilərdə özünə güvənən partiya namizədini irəli sürür, gücünə uyğun səs qazanaraq parlamentə düşür və sözünü orada deyir. Yaxud bələdiyyə seçkilərini qazanır, bu ərazilərdə öz işini görərək, xalqın etimadını qazanaraq gələcək prezident və parlament seçkilərində namizədliyini irəli sürüb uğur əldə edir. Bütün dünyada qəbul olunan formula budur”.

İstixəbər.info xəbər verir ki, bu fikirləri teleqraf.com-a Milli Məclisin deputatı Musa Quliyev müxalifətin son mitinqi haqqında danışarkən deyib.

Deputat bildirib ki, aksiya və mitinqlər dövrü 1990-cı illərdə qalıb:

“Belə tədbirlər indi artıq effekt vermir. Dünya inkişaf edir və bizim müxalifət hələ də 90-cı illərin havasındadır.

İkinci tərəfdən, mitinqin bir mənası, şüarı olmalıdır. Tutaq ki, bir həftə əvvəl keçirilən müxalifətin mitinqində əsas şüarları aclıq edən Mehman Hüseynova dəstək missiyası daşıyırdısa, bu problem artıq aradan qalxıb. Mehman Hüseynov problem yaşadığı zabitlə barışıb və bəyanat verdi ki, narazılığı yoxdur. Belə olan halda mitinqi yenidən davam etdirmək mənasızdır. Bu artıq göstərir ki, məqsəd başqadır”.

Musa Quliyev əlavə edib ki, 19 yanvarda keçirilən mitinqdən sonra, həmçinin yanvarın 20-də Şəhidlər Xiyabanında mitinq fəalları açıq formada asayişi pozmağa cəhd göstəriblər:

“Bu artıq cəmiyyətə hörmətsizlik nümayiş etdirmək, özlərinin dağıdıcı mesajını ifadə etməkdir. Belə olduğu təqdirdə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verməməkdə haqlıdır. Bunu normal qarşılamaq lazımdır”.

Deputat əlavə edib ki, Bakı meriyasının mitinqə icazə verməməsindən sonra müxalifətin sosial şəbəkələrdə göstərdiyi davranış onların sevindiyini göstərib:

“Mitinqə hazırlaşanlar Bakı meriyasının cavabından razı qaldı. Onlar bununla özlərini növbəti biabırçılıqdan xilas etdilər. Yəni mitinqə gedənlərin sayı əhalinin 1 faizini belə əhatə etmir. Fikrimcə, mitinq edənlər zorən, kiminsə tapşırığı ilə bunu edirlər. Əslində bu gün mitinq üçün Azərbaycanda sosial tələbat və ehtiyac yoxdur. Mitinqlərin sönük keçməsi, aktivliyin olmaması da bunun göstəricisidir”.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26