BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QAXDA EVLƏRDƏN VƏ MAĞAZADAN SİLSİLƏ OĞURLUQLAR EDƏN ŞƏXSLƏR SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qax RPŞ-yə ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları müəyyən edilib.Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalarla onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq ötən ilin sentyabr ayında rayon sakini H. Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları , A. Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, həmçinin Zviadi Zurabaşvili qanunsuz olaraq təkbaşına daxil olduğu Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26