BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ana qayçıyla körpəsinin dilini iki yerə böldü, cinsiyyət orqanını əzdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Polisin dediyinə görə, uşağın dili qayçıyla iki yerə bölünüb.

İstixəbər.info milli.az-a istinadla xəbər verir ki, ABŞ-ın İndiana ştatındakı qorxulu cinayətlə bağlı araşdırma aparılır.

Şübhəli kimi azyaşlı uşağın anası və onun sevgilisi saxlanılıb. Ehtimala görə, uşağa işgəncə verən şəxslər onlardır.

Fox 59 kanalının verdiyi məlumata görə, Terre Hot şəhərində yaşayan cütlüyü həbs cəzası gözləyir.

Məhkəmə sənədlərində qeyd olunub ki, uşağın dili iki yerə bölünüb, cinsiyyət orqanı şişib, bədənində yara izləri var.

Terre Hot şəhər polis departamenti ötən gecə baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

Belə ki, ötən gün uşağın dilinin iki yerə ayrıldığını görən həkimlər polisə xəbər veriblər. Uşağın valideyni onun beşikdən yıxıldığını söyləsə də, polis şübhəli kimi qadını və onun sevgilisini nəzarət kamerasına salıb.

Körpə müalicə olunmaq üçün İndiana polisləri tərəfindən “Riley” uşaq xəstəxanasına aparılıb.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26