BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daha bir siyasi məhbus həbsxanada aclığa başladı – Polis hərəkətə keçdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanınmış cənubi azərbaycanlı insan hüquqları müdafiəçisi Abbas Lisani saxlandığı təcridxanada aclıq aksiyasına başlayıb.

İstixəbər.info xəbər verir ki, fəalın yaxınları onun saxlanmasının səbəbini öyrənmək istəsə də, buna nail ola bilməyiblər.

Onlar yanvarın 22-si axşam saatlarında fəalın aclıq aksiyasına başladığını bildiriblər. Abbas Lisani bundan əvvəl ETTELAAT İdarəsinin təcridxanasına aparıldığı andan aclıq aksiyasına başlayacağını bildirmişdi. O, aksiyasının səbəbini yemək vasitəsi ilə zəhərlənmə və özünə qarşı sui-qəsd ehtimalı ilə izah edib.

Azərbaycanlı fəal yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Yanvarın 20-də isə Təbrizdən Ərdəbilin ETTELAAT İdarəsinə köçürülüb. Lisaniyə saxlandığı gündən yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. Bu məsələ Lisani ailəsinin ciddi narahatlığına səbəb olub. Təbriz və Ərdəbilin məhkəmə orqanları azərbaycanlı fəalın Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasından sonra saxlanması və onun Ərdəbilin ETTELAAT İdarəsinə köçürülməsinin səbəbini açıqlamaqdan imtina edir.

Qeyd edək ki, tanınmış fəal bundan əvvəl də qanunsuz saxlandığı və həbs edildiyi zaman öz hüquqlarının müdafiəsi uğrunda dəfələrlə uzunmüddətli aclıq aksiyaları keçirib./publika.az

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26