BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Doğuma görə birdəfəlik müavinətlə bağlı…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəflik müavinət təyinatının da cari ildə avtomatlaşdırılması nəzərdə tutulur.

Nazirlikdən İstixəbər.info-ya verilən məlumata görə, hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək. Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

İstixəbər.info

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26