BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Yevlax rayon təşkilatında Qadınlar şurası hesabat yığıncağı keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

YAP Yevlax rayon təşkilatında Qadınlar şurası hesabat yığıncağı keçirilib.

İstixəbər.info xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq Azərbaycan qadınlarının və onların tərkib hissəsi olan Yevlaxlı qadınların ölkənin ictimai siyasi həyatında olan uğurlarından danışdı.

”Bu gün Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini hörmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınları dövlət qarşısında xidmətləri ilə bir qızıl tarix yazırlar. Gender bərabərliyi ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinə nümünə olacaq qədər yüksək inkişaf etmişdir”. Natiq qeyd edib ki, Yevlaxlı qadınlar istər seçkilər prosesi zamanı, istər sə də digər rayon və ölkə əhəmiyyətli tədbirlərdə olduqca fəallıq nümayiş etdirirlər.

Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının Sədri, Tərəqqi medallı Əməkdar jurnalist Əminə Yusifqızı rayon Qadınlar Şurasının 2018-ci ili əhatə edən hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, hər il olduğu kimi bu ildə Yeni Azərbaycan Partiyasının sıraları genişlənməkdə davam edib. Hazırda YAP Yevlax rayon təşkilatının 8926 nəfər üzvü vardır ki, onlardan 4616 nəfərini qadınlar təşkil edir. 2018-ci il ərzində 206 nfər yeni üzvülər sıralarımıza qəbul olunmuşdur. Onlardan 127 nəfəri qadınlardır. Qadınlar YAP Yevlax rayon təşkilatının tərkibində həm kəmiyyət həm də gördükləri işin keyfiyyəti baxımdan öndədirlər. Bu isə təşkilatın işinə humanizm və insanpərvərlik prinsipi baxımından daha çox töhfə verir. 2018-ci il ərzində ümümilikdə 21 tədbir həyata keçirmişik. Onlardan 8-i qeyri hökümət təşkilatları ilə qalanları isə yerli idarə müəsisə və təşkilatlarla, sahibkar qadınlarla həyata keçirilmişdir. Bu gün ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da biz möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Azərbaycan qadınına göstərdiyi yüksək qayğı və diqqəti və verdiyi dəyəri öz üzərimizdə hiss edirik. Buna görə Rəhbərimizə minnətdarıq. Bu gün Mehriban xanımın gördüyü işlər, ölkəmizin inkişafı naminə apardığı uğurlu daxili və xarici siyasət hər birimiz üçün nümunəvi iş planıdır. Çalışacağıq ki cari ildə də işimizi daha fəal, səmərəli və faydalı quraq. Məruzə ətrafında çıxış edən natiqlər rayon Qadınlar şurasının hesabatını yüksək qiymətləndirib şuranın işinə uğurlar arzuladılar.

İstixəbər.info Yevlax 2019-cu il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26