BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ŞABRANDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ GÜLƏŞ ÜZRƏ TURNİR KEÇİRİLİB – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info Şabran bürosunun verdiyi məlumata görə, Şabran Rayon Gənclər İdman idarəsinim təşkilatçılığı ilə 20-Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə turnir start götürüb.

Turnirin Baş Hakimi Akif Mirzəyev,digər hakimlər Salmanov Məmmədi, Yunusov Kamran, İsmayilov Azadın iştirakı ilə keçirilən yarış uğurlu nəticələrlə yekunlaşıb. Turnirə ümumilikdə 100 yaxın idmançı 14 çəki dərəcəsi üzrə meddallar uğrunda mübarizə aparıblar.

Saat 11:00 da başlayan yarış 16:00 kimi davam edib. Finalçılar və qaliblər medal ve diplomlarla təltif olunublar. Yarışda 7-komanda Şabran , Siyəzən , Xaçmaz , Şamaxı , paytaxt Bakıdan isə Rabitə , UGİM – 2 və Hövsan komandaları mübarizəyə qoşulmuşdular..

Yunusov Davud Xaçmaz idman məktəbinin yetirməsi  23 kq – da
Şirinov Süleyman Xaçmaz idman məktəbinin yetirməsi 26 kq – da
Sadiqov Həzrət Şabran idman məktəbini yetirməsi 29 kq – da
Əsgərov Amil Xaçmaz idman məktəbinin yetirməsi 35 kq – da,
Vəliyev Vəlirza Şabran idman məktəbinin yetirməsi 38 kq -da ,
Məmmədov Kənan Baki UGİM -2 idman məktəbinin yetirmesi 41 kq – da ,
Bayramov Rahil Baki UGİM -2 idman məktəbinin yetirməsi 45 kq – da ,
Abdullazadə Ramil Baki UGİM -2 idman məktəbinin yetirməsi 48 kq – da,
Səfərov Alim Xaçmaz idman məktəbinin yetirməsi 52 kq -da,
Məmmədov Rəşad Xaçmaz idman məktəbinin yetirməsi 55 kq – da,
Şükürov Nahil Xaçmaz idman məktəbinin yetirməsi 58 kq – da ,
İsmayilov Məlik Xaçmaz rayon idman məktəbinin yetirməsi 63 kq – da butun rəqiblərinə qalib gələrək fəxri kursunun ən yüksək yerlərini tutdular.

Oxucuların nəzərinə onuda çatdırmaq istəyirik ki, mükafatçılarının təltif olunması mərasimində İstixəbərin.info-nun Şabran rayon üzrə xüsusi müxbiri Etibar Hüseynovda iştirak edib.

Bizdə sayt olaraq bütün idmançılara uğurlar arzu edirik..

İstixəbər.info
Baş redaktor :Rəşad Orucoğlu
Xüsusi müxbir:Etibar Hüseynov Şabran

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26