BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

16 yaşlı qız qaçırıldı, zorlandı, sonra ailəsinə qaytarıldı – AZƏRBAYCANDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ucar rayonunun Bərgüşad kəndində dəhşətli hadisə baş verib.

İstixəbər.info moderator.az-a istinadən xəbər verir ki, yanvar ayının 7-də 16 yaşlı məktəbli qız 30 yaşlı kişi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Bu haqda məlumatı “Səni axtarıram” verilişində qaçırılan məktəblinin nənəsi Səadət Məmmədova səsləndirib. Onun sözlərinə görə, məktəbli dərsdən çıxarkən Zamin Muradov, qardaşı Fazil Muradov və qardaşının həyat yoldaşı Xatirə Muradovayla birlikdə azyaşlını zorla qaçırıb. Məlumata görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur.

Verilişə müraciət edən nənə hüquq mühafizə orqanlarına məlumat verildiyini və ailəsinin qarşı tərəfdən təhdid olunduğunu bildirib. Qadının sözlərinə görə, qızı qaçıran şəxslər “ləkəni” silmək adı ilə qarşı tərəfi barışığa razı salıb. Amma nənə nəvəsinin təhsil alması üçün çalışdığını, günahkarların cəzalandırılmasını istəyir.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26