BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DƏHŞƏTLİ OLAY: Hərbi xidmətdən yeni gələn şəxs bıçaqlanaraq öldürüldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

İstixəbər.info-un məlumatına görə, bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından baku.ws-ə verilən məlumata görə, hadisə bu saatlarda baş verib.

Hadisə şahidləri təcili yardıma zəng vuranda əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.

Hələlik kimliyi məlum olmayan həmin şəxs bıçaq zərbəsindən ölüb. Cinayət Nizami metro stansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanın qeydə alınıb. Hadisə ilə əlaqədar Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardımdan məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 22 yaşlı Emin Şəmiyevdir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26