BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lotereya alanların nəzərinə: bundan sonra…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Lotereya uduşlarına vergi güzəşti edilib

İstixəbər.info fed.az-a istinadla xəbər verir ki, 2019-cu ildən lotereya uduşlarından gəlir əldə edən şəxslər üçün vergi güzəştləri nəzərdə tutulub. Vergi Məcəlləsinə dəyişikliyə əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azad olunub.

Vergi Məcəlləsinin 101.5-ci və 102.1.26-cı maddələrində göstərilir ki, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyaların keçirilməsindən əldə edilən uduşlardan iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 10 manatadək hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə edilmiş uduşların 10 manatdan artıq hissəsindən isə 10 faiz dərəcə ilə vergi tutulacaq. Hazırda ölkəmizdə lotereya uduşlarının əksəriyyəti 10 manatadək uduşlardır. Bu baxımdan, vergi güzəştləri sayəsində lotereya iştirakçılarının böyük bir hissəsi bundan yararlana biləcək.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26